Sosial müdafiə naziri Sahil Babayev Peter Siyatro ilə görüşüb

Əmək və Əhalinin Sosial müdafiə naziri Sahil Babayev  və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüş keçiriblər.

Macar biznesmenlər Siyartonun başçılıq etdiyi nümayəndə heyəti tərkibində Azərbaycanda səfərdədirlər.

Sosial müdafiə naziri Sahil Babayev iki ölkənin prezidentləri tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin hər iki ölkə arasında əməkdaşlığın inkişaf etməsini təmin etdiyini vurğulayıb. Sosial müdafiə naziri Sahil Babayev hər iki ölkə arasında əlaqələrin hər ik inkişaf etdiyini bildirib. Eyni zamanda iqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin əhəmiyyətini də vurğulayıb.

Sosial müdafiə naziri Sahil Babayev qarşılıqlı təşəbbüslər nəticəsində gələcəkdə də əlaqələrin daha da genişlənəcəyini söyləyib. Xidmət, ticarət, nəqliyyat və bu kimi bir sıra sahələr üzrə Azərbaycanda 19 Macarıstana məxsus şirkətin fəaliyyətdə olduğunu da söyləyib.

Nazir Sahil Babayev ötən illərdə keçirilən bu cür görüşlərin, forumların önəmini də vurğulayıb. Hökumətlərarası Komissiyanın fəaliyyətinin də ölkələr arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button