Biznesmen

Bill Gates kimdir?

Bill Gates həyatı

Bill Gates 28 Oktyabr 1955-ci ildə ABŞ-da anadan olub.

Bir şirkətin kompüterini təmənnasız istifadə edə bilmək üçün məktəb yoldaşı Paul Allen ilə birlikdə istifadəçilər üçün proqram səhvlərini axtarıb tapırdılar. Beləliklə kompüter sahəsində ixtisaslaşan tələbələr 1972-ci ildə ilk Traf-O-Data adlı şirkət qurdular. Bu şirkət küçə hərəkətinin nizamlanması üçün proqramlar yazırdı və qısa müddət ərzində onlara 20.000 dollar mənfəət qazandırdı.

Daha sonra isə Gates təhsilini yarıda qoyaraq Allen ilə birlikdə New Mexikoda MİCROSOFT şirkətini qurdu.

Gates Seattle Computer Products (SCP) şirkətindən 50.000 dollar müqabilində DOS əməliyyat sistemini aldı və SCP’de DOS proqramçılarından biri olan Tim Patersonu heyətinə daxil etdi. DOS əməliyyat sistemini özəlləşdirərək MS-DOS adını verdilər.

1985-ci ildə Windowsu bazara çıxardılar və üç il sonra ciddi uğur qazandılar.

Bill Gates şəxsi həyatı

Son illərdə Bill Gates sərvəti, bahalı evi, etdiyi xeyriyyə yardımları ilə gündəmə gəlir. Onun iş həyatı qədər şəxsi həyatı da maraqlıdır. Evinin böyüklüyü 5000 metr kvadratdır və otağında məşhur rəssam Da Vinçinin əl yazma kitablarını saxlayır. Hazırda dünyanın ən varlı insanı olan Bill Gates saniyədə 250 $ qazanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button