Nazir müavini Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (Sahil Babayev)  müavini Hidayət Abdullayev may ayının 31-də Xaçmaz rayonunda həmin rayonun sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edilən müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək.

Vətəndaşlar 19-25 may tarixlərində nazirliyin rəsmi (e-mail və ya [email protected]) və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbul üçün qeydiyyatdan keçmiş şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul olunacaqlar.

Bir cavab yazın

Back to top button
Close