Biznesmen

Henri Ford kimdir?

Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-ın Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində anadan olub. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçib.

İlk daxili yanma mühərrikini öz evinin mətbəxində hazırlayıb. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir və 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir.

1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şirkəti – “Detroit Automobile”ni qurur. Bir ildən sonra müəssisənin iflasa uğramasa da, Ford bir neçə yarış avtomobili yığmağa müvəffəq olub. Özü həmin yarışlarda iştirak edir və nəhayət 1901-ci ilin oktyabrında ABŞ çempionu Aleksandr Uintona qalib gəlməyi bacarır.

“Ford Motor” şirkəti

“Ford Motor” şirkətini 1903-cü ildə yaradır. Şirkət Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və şirkətin əsas sahibkarına çevrilir.

1919-cu ildə Henri Fordun oğlu Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin rəhbəri olur.

Henri Ford mükafatları

1945-ci ilin sentyabrında Henri Ford səlahiyyətlərini böyük nəvəsi II Henri Forda verir. 1946-cı ilin mayında böyük Henri Ford avtosənayedə göstərdiyi xidmətlərinə görə fəxri mükafata layiq görülür. Həmin ilin sonunda isə Amerika Neft İnstitutu cəmiyyət qarşısındakı xidmətlərinə görə onu qızıl medalla təltif edir.

Henri Ford vəfatı

Henri Ford 7 aprel 1947-ci ildə 83 yaşında Dibronda vəfat edib.

Əlavə olaraq böyük ixtiraçı Bill Gates haqqında buradan oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close