Sahil Babayev Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbirdə çıxış edib

Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbirdə iştirak edən Sahil Babayev iki ölkə arasında qarşılıqlı dostluq əlaqələrinin günü gündən möhkəmləndiyini bildirib. O, eyni zamanda  keçən ilin oktyabr ayında Belqradda Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının keçirilməsini Serbiyanın tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdiyini bildirmişdir.

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviç iki dövlətin münasibətlərinin ildən-ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu bildirib. Azərbaycanın işğaldan azad olunmuş torpağlarında gedən tikinti-bərpa işlərində serb şirkətlərinin maraqlı olduğu bildirilib. Bunun ardında Sahil Babayev ötən il yaradılmış Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Serbiyanın işgüzar dairələrinin də iştirak etməkdə maraqlı olacağına əminliyini ifadə edib.

S.Babayev  2 dövlət arasında yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin  əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza təşkil etdiyini, ümumilikdə isə 34 sənədin imzalandığını vurğulayıb. O, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu vurğulayıb və komissiyanın mütəmadi iclaslarını keçirib.

Son dövrlərdə Azərbaycan və Serbiya arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə ticarət dövriyyəsinin 3 dəfə artıdığı bildirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close