Sahil Babayev müşavir təyin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

Sosial müdafie naziri Sahil Babayev müşavir olaraq Hidayət Abdullayev və Samir Vəliyevi təyin edib.

Bununla yanaşı nazirliyin başqa müşaviri də var. Digər müşavir də Vüsal Zakir oğlu Nəsirlidir.

Sahil Babayevə müşavir təyin edilən Hidayət Abdullayev 1979-cu ildə Gəncədə anadan olub.

Bakalavr təhsilini 2000-ci ildə BDU-nin Filologiya fakultəsi üzrə alıb. 2004-cü ildə isə Odlar Yurdu Universiteti ilə birlikdə Corciya Dövlət Universitetinin təşkilatçılığı əsasında Biznesin idarəolunması fakultəsinin beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi alıb.

1997-ci ildən Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində bir sıra vəzifələrdə çalışıb. 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. 2008-ci ildən sığorta və bank sistemində, eləcə xarici ölkələrdə sığorta və tibbi risklərin idarəolunması sahəsində işləyib.

2011-2013-cü illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində əvvəlcə şöbə müdirinin müavini, daha sonra isə həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close