Alim

İbn Sina kimdir?

İbn Sina kimdir?

İbn Sina Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri..

980-ci ildə Buxara yaxınlığında dünyaya göz açıb, 1037-ci ildə vəfat edib.  Qısa ömründə böyük titullar qazanıb: Hüdcətül-Haqq, Şeyx-ur-Rəis, Harami buzurq, Şərəf-ül-Mülk və s.

İbn Sina həyatı

Gənc yaşlarında Buxara bazarından kitablar alıb oxuyan İbn sina beləliklə öz biliyini artırırdı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra isə əmirin kitabxanasından kitablar oxumağa başlayır. Bunu, İbn Sina əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş etmişdi. Sonra atası İbn Sinaya elm öyrətmək üçün müəllim tutur. 10 yaşında olarkən İbn Sina artıq sərbəst Quran oxumağı bacarır, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlanmasına baxmayaraq sonralar təbabətə meyl göstərir, beləliklə dünya şöhrətli təbib olur.

17 yaşı olarkən İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir.

18 yaşında isə İbn Sina artıq bir çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edir və daha da tanınır.

Həkimliklə yanaşı İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Elmi işinin ən qızğın çağında İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilmişdi. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək oranı zəbt etmiş və İbn Sinanı azad edərək İsfahana aparmışdı.

İbn Sina vəfatı

İbn Sina qalan 10 və ya 12 il Əbu Cəfərin xidmətində oldu. Burada həkim, eyni zamanda elm məsləhətçisi kimi də işlədi, hətta döyüşlərdə də iştirak etdi. Bu illərdə ədəbiyyat və filologiya ilə məşğul oldu. Həmədan səfərindən sonra ciddi  xəstəliyə tutuldu və ona verilən müalicəni yerinə yetirmədi. Ölüm ayağında olarkən malları əhaliyə payladı, qulları azad etdi və hər üç gündən bir Quran oxudu. O, 1037-ci ilin Ramazan ayında 57 yaşında öldü. Qəbri Həmədan şəhərindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button