Sahil Babayev mükafata layiq görülüb

Sahil Babayev mükafata layiq görülüb

“Caspian Energy Club” 6-cı Beynəlxalq “Caspian Business Award-2021” mükafatının təqdimetmə mərasimini təşkil edib. Dövlət qurumlarının, diplomatik missiyaların nümayəndələrinin, “Caspian Energy Club” üzvlərinin iştirak etdiyi mərasimdə nominasiyalar üzrə mükafatlar layiq görülüb.

ƏƏSM naziri Sahil Babayevə biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfə əsasında “Caspian Business Award-2021” mükafatı təqdim edilib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ilin yekunu üzrə mükafatlara layiq şəxslərin kluba üzv şirkət rəhbəri arasında keçirilən sorğunun nəticələri əsasında təyin olunduğunu söyləyib.

Sahil Babayev “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə dərin təşəkkürünü ifadə edib.

O, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə, eyni zamanda əmək və məşğulluq sahəsində geniş miqyaslı islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Həmin islahatlar prosesində, eyni zamanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, aktiv məşğulluq proqramlarının icrası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi işlərində sahibkarlarla və biznes strukturları ilə sosial dialoq müstəvisində əməkdaşlığa xüsusi rol ayrıldığını söyləyib.

Nazir həmçinin “Caspian Energy Club”la Nazirliyin fəal əməkdaşlıq təcrübəsinin formalaşdığını da sözlərinə əlavə edib. Sahil Babayev qarşıdakı illərdə də bu əməkdaşlığın davam edəcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close