Sahil Babayevin daha bir müavini işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin (Sahil Babayev) müavini İlqar Rəhimov işdən çıxarıldı.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Əzizov Bəxtiyar Əsgər oğluna həvalə edildi.

Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  21 aprel 2018-ci il tarixində imzaladığı sərəncamı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin olundu.

Sahil Babayev kimdir?

Sosial mudafie naziri Sahil Babayev Bakıda, 1980-ci ildə anadan olub.

O, Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr mərhələsini 2000-ci ildə fərqlənmə ilə bitirib. İki il sonra 2002-ci ildə isə magistr pilləsini fərqlənmə ilə yekunlaşdıraraq magistr dərəcəsi qazanıb. Hüquq üzrə fəlsəfə doktoru dərəcəsini isə 2010-cu ildə qazanıb.

BDU-nun (Bakı Dövlət Universiteti) Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçisi olub. Bir sıra ölkələrdə, Fransa və İngiltərədə beynəlxalq hüquq və müqavilə hüquq sahəsində müxtəlif təlim və kurslarda iştirak edib.
O, BDU-nun Hüquq Fakultəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.

Nazir Sahil Babayev əvvəllər 1999-2006-cı illər ərzində Dövlət Neft şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, eyni zamanda şöbə rəisi vəzifələrində çalışıb. Bir sıra saziş və müqavilələrin, Hasilatın Pay Bölgüsü, həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımlarının əlaqələndirilməsi şöbəsinin müdiri vəzifəsini icra edib. 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyətinə davam etdirib.

Bunlarla yanaşı 2009-2014-cü illəri əhatə edən dövrdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri olub. Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “SOCAR Türkiyə Ege” Kompleksi Star Layihəsinin Direktorlar Şurasının üzvü kimi kimi fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button