Sahil Babayev kiçik təsərrüfatlarla tanış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçala rayonunda kiçik təsərrüfatlarında olublar. Ağayev Malik Fərman oğlu və Əzizov Rəşad Zabil oğlu kimi yerli sakinlər özünüməşğulluq proqramı sayəsində öz bizneslərini qurmuşlar.
M.Ağayev avtomobil təkərlərinin təmiri üçün R.Əzizov isə bərbər işləmək üçün aktivlərlə təmin olunublar. Dövlət tərəfindən göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirən sahibkarlar verdikləri resurslardan səmərəli istifadə edərək bizneslərini inkişaf etdirmək istədiklərini bildirdilər. Ötən il Neftçala rayonunda ümumrespublika özünüməşğulluq proqramına daxil edilmiş 17400 nəfərdən 190 nəfəri işsiz və ya işaxtaran vətəndaş olub. Həmin şəxslərə tikinti materialları kimi dəstək verilib və kiçik təsərrüfatlarını yaradıblar.