Sahil Babayevin nenesi
Sahil Babayev erməni
Anası kimdir
Sahil Babayev kimdir?
Sahil Babayev haqqında ətraflı məlumatla tanış olmaq istəyirsinizsə, məqaləni sona qədər oxuyun:
Sahil Babayev haralidir?
Sahil Babayev dogum tarixi 1980-ci ildir. O, Bakı şəhərində anadan olub.
Sahil Babayevin təhsili
Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” ixtisası üzrə bakalavr təhsilini 2000-ci ildə, magistr dərəcəsini isə 2002-ci ildə qazanıb və eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur.
O, bir sıra ölkələrdə, o cümlədən Fransa, İngiltərədə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində bir neçə təlim və kurslarda olub.
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının da sədri vəzifəsində çalışır.
Bir neçə beynəlxalq dillərdə – ingilis, rus, türk və fransız dillərində danışa bilir.
Fəaliyyəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində 1999-2006-cı illər ərzində çalışıb.
2006-2009-cu illərdə Cахиль Pафиг оглы Бабаев Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi kimi çalışıb.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri kimi, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri olub.
2009-2014-cü illər arasında “Təmiz Şəhər” ASC-də Müşahidə Şurasının sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, eyni zamanda Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri kimi işləyib. Bununla yanaşı olaraq “SOCAR Türkiyə Ege” Komleksinin Star layihəsi üzrə Direktorlar Şurasının üzvü olub.
Sahil Babayev ailəsi
Nazir Sahil Babayev ailəlidir və onun 3 övladı var.
Sahil Babayev nazir təyin olundu
Ölkə başçısı Prezident İlham Əliyevin 13 mart 2014-cü il tarixli Sərəncamı əsasında Sahil Babayev Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
2018-ci ildə ölkə başçısı prezident İlham Əliyevin sərəncam verərək Sahil Babayev nazir təyin olundu. Əmək və Əhalinin Sosial müdafiəsi naziri vəzifəsinə təyin olunan nazir əhalinin məşğulluğu, əmək miqrasiyası və peşə standartları üzrə qanunvericiliyin təkmilləşdirilməsi və bu istiqamətlərdə dövlət və qeydi-dövlər sektorlarında metodiki izahat işlərini davam etdirmişdir.
Nazir təyin olunduqdan sonra atılan mühüm addımlardan biri də şəhidlərimizin ailə üzvlərinin, qazilərin və onların yaxınlarının məşğulluq tədbirlərinə cəlb olunmasıdır. Sahil Babayev erməni vəhşiliyinə məruz qalan 2,1 minədək şəhid ailəsi üzvünün, 3,3 minədək qazi və onların yaxınlarının 2021-ci ilin ilk rübündə məşğulluq tədbirlərinə cəlb olunduğunu mövzuyla bağlı keçirilən kollegiya iclasında açıqlayıb.
Nazir bu istiqamətdə səylərin daha da artırıldığını və şəhidlərimizin ailə üzvlərinin, qazilərin və onların yaxınlarının məşğulluq məsələlərinin həlli istiqamətində işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini bildirib.
Sahil Babayev əlaqə
Qebul gunu və qebul saatı – Çərşənbə axşamı – 11:00; 13:00
Qebul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin fəaliyyət istiqamətləri üzrə bütün məsələlərlə bağlı müzakirələr etmək mümkündür.
Qeyd edək ki, Sosial müdafiə naziri Azərbaycan Boks Federasiyasının prezidenti təyin edilib. O, bu vəzifədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu əvəzləyib. Nazir Sahil Babayev 9 fevral 2022-ci ildən bu vəzifəni icra edir.
Sahil Babayev: “Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”
Nazir Sahil Babayev bildirib ki, sosial, məşğulluq sahəsində böyük uğurlar əldə edilib:
“Sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə artıb. Eyni zamanda, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə artım baş verib”.