Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama

Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov açıqlama verib:

“Sosial şəbəkələrin verdiyi imkanlardan şəxsi məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan atan kampaniyası aparanlar öz fəaliyyətlərini davam etdirirlər. Sosial mudafie naziri Sahil Babayevin anasının – Nailə Babayevanın əlilliyinin guya əsassız olması ilə bağlı həqiqətdən, həm də ləyaqət hissindən uzaq edilən paylaşımlar bunun ardıdır.

Sahil Babayevin anası 25 ildi ki ağır şəkərli diabet – insulin xəstəsidir və ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. Dəfələrlə ürək əməliyyatları keçirib və ürəyinə altı cihaz qoyulub. Sonradan isə ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib. Belə halda 2005-ci ildə ona təyin edilən əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması ilə bağlı məqsədli formada dezinformasiya yaymaq ləyaqətlikdən uzaq davranışdır.  Rüşvətxorluğa və saxtakarlığa görə nazirlikdən kənarlaşdırılan şəxslərin   təşkilatçılığı ilə bu kimi yalan və böhtan xəbərləri yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar əgər, cəmiyyətə daha faydalı ola bilərlər. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close