Sosial mudafie naziri Sahil Babayev görüş keçirib

Sosial mudafie naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüş keçirib.

Sahil Babayev Prezidentin tapşırığı əsasında Azərbaycanda sosial islahatlarla bağlı tədbirlərin geniş vüsət aldığını qeyd edib. Sosial mudafie naziri Sahil Babayev bu gedişatlarda vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq təcrübəsinin önəmini vurğulayıb.

Sosial mudafie naziri Sahil Babayev sosial sahə ilə bağlı edilən islahatlarda, sosial müdafiə, eyni zamanda aktiv məşğulluq tədbirlərinin təşkilində İctimai şuranın iştirakına geniş yer verildiyini vurğulayıb.

Daha sonra isə İctimai şura yeni tərkibdə ilk iclasını həyata keçirib. İclas zamanı vətəndaş cəmiyyəti institutlarından Elşad Məmmədov şuranın sədri, Umud Mirzəyev şuranın sədr müavini, Ramilə Mahmudova isə şuranın katibi təyin ediliblər.

Şuranın sədri Elşad Məmmədov ƏƏSMN tərəfindən vətəndaş cəmiyyəti institutları ilə edilən əməkdaşlığa, aparılan sosial islahatlar zamanı şəffaflığın təmin edilməsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndirib.

Şuranın tərkibində beş istiqamət əsasında işçi qrupları təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button