Sahil Babayev və Ukrayna səfiri arasında görüş baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə nazir Sahil Babayev arasında görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və dostluq və əməkdaşlığa əsaslanan münasibətlərin davam etdirildiyini diqqətə çatdırıb. Bu münasibətlərin sosial sahəni də əhatə etdiyi vurğulanıb. Nazirlik ilə Ukrayna Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkilib.

Ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, DOST konsepsiyası və elektronlaşma proqramının sosial sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Ukraynada müharibə nəticəsində zərər çəkmiş uşaqların ölkəmizə gətirilməsi, sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlər müzakirə edilib.

Y.Qusev ölkəsi ilə Azərbaycan arasında əlaqələrin davamlı inkişafından məmnunluğunu və sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində gələcək əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close