Sahil Babayev nazir təyin olundu
Prezident İlham Əliyevin 21.04.2018-ci il tarixində imzaladığı sərəncam əsasında Sahil Babayev nazir təyin olundu. Yeni kabinetdə ƏƏSMN-ə təyin olunan nazir Sahil Babayev köhnə kabinetdə İqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərib.
Yeni nazir Sahil Babayev 1980-ci ildə Bakıda dünyaya göz açıb.
O, 2000-ci ildə BDU-da “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsində bakalavr təhsili alıb. 2002-ci ildə isə magistr dərəcəsi qazanıb. Eyni zamanda nazir Sahil Babayev hüquq üzrə fəlsəfə doktorudur.
Sosial müdafiə naziri Sahil Babayev nazir təyin edilməzdən daha öncə 1999-2006-cı illəri əhatə edən dövrdə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Xarici Sərmayələr İdarəsində baş mütəxəssisi, sonra isə şöbə rəisi olub.
2006-2009-cu illərdə Milli Məclisin sədr müavinin köməkçisi olub.
2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və yardımların əlaqələndilirməsi şöbəsinin müdiri kimi çalışıb. Bunun ardından Sahil Babayev 2011-ci ildə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində müdir vəzifəsində fəaliyyətini davam etdirib.