Əməkhaqları artırılacaq – Nazir Sahil Babayev açıqladı

Sosial müdafiə naziri Sahil Babayev: “Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq”

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib ki, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. O, çıxışına əlavə edib: “Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq”.

Nazir Sahil Babayev:  2022-ci ildə minimum pensiyaların artımı olacaq. Bununla yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.

Nazir vurğulayıb ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close