Sahil Babayev nazirlikdə cari ilin birinci rübünün yekunlarına dair iclas keçirib
Nazir Sahil Babayev rüblük iclas zamanı bildirmişdir ki, Azərbaycan pensiyaların nominal və alıcılıq qabiliyyəti indeksinı əsasən MDB ölkələri arasında birinci yerə yüksəlmişdir. Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev cari rübün yekunlarına dair keçirilmiş iclas zamanı Prezident İlham Əliyevin başçılığı ilə keçirilmiş islahatların uğurları barədə geniş məlumat vermişdir.
Cari ilin birinci rübündə özünüməşğulluq, peşə hazırlığı programlarına 4000-dən çox şəxs cəlb olunmuş, 11000-dən çox insan işlə təmin olunmuşdur.
Əhalinin qayğısına qalan, onun problemlərinin həlli üçün çalışan DOST Agentliyi fəxri fərmana layiq görülmüşdür.
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, “Bu ilin ilk üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını ötən il qazanılan uğurların davamı kimi dəyərləndirməliyik”. Dövlət başçısının sosial sahəyə, əhalinin həssas təbəqələrinə xüsusi qayğısı, imzaladığı fərman və sərəncamların nəticəsindədir.
İclas zamanı bildirilmişdir ki, illik maliyyə dəyəri 2,1 milyard manatdan çox olan bu yeni islahatlar paketi 3,4 milyon insanın rifahına dəstək üçün ayrılmışdır. Bu artım sayəsində sosial-iqtisadi islahatlar, məşğulluq imkanlarının və əməkhaqqının durmadan artması, əmək münasibətlərinin leqallaşdırılmasının genişləndirilməsi nəticəsində son üç ayda sosial sığorta daxilolmaları artıb. Bu artım 17 faiz təşkil edib.
Ümumilikdə nazirlik tərəfindən görülmüş bütün işlərin təhlili iclasın əsas məzmunu olmuşdur.