Rəssam

Pablo Picasso Kimdir?

Picasso məşhur rəssamların adı çəkiləndə ağla gələn ilk adlardan biridir! Keçən əsrdə iz qoymuş və özündən sonra gələn bir çox rəssamı da təsir etmişdir.

Pablo Picasso, tam adı Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso, İspan rəssamı, heykəltəraş, şair və oyun yazıçısıdır.

20-ci əsr sənətkarları arasındakı ən məşhur adlarından biridir. Georges Braque ilə birlikdə kubizm hərəkatının əsasını qoymuş, məclisi icad etmiş, kolajın icadına qatılmış və çox müxtəlif üslubların inkişafına kömək etmişdir.

Pablo Picasso həyatı

25 oktyabr 1881c- ildə İspaniyada dünyaay gəlmişdir. Ölü doğulduğu düşünülən Picasso, həkim olan əmisinin səyi nəticəsində nəfəs almağa başlamışdır.  Don Salvadorun köməyi ilə həyata qaytarılan körpəyə, anasının yuxusunda gördüyünü söylədiyi Pablo adı verildi.  Atası rəssam və sənət müəllimi idi.  Rəssam Don Jose Ruiz Blasco və anası Dona Maria Picasso y Lopezin ilk övladı olaraq anadan olan Picassonun 1884-cü ildə Dolores, 1887-də Concepcion adlı iki qardaşı dünyaya gəlmişdir. 1901-ci ildən anasının Picasso soyadını istifadə etməyə başladı.

Maddi sıxıntı çəkən ailəni dolandırmaq üçün İspaniyanın şimalından yeni bir iş təklifi alan ata ailənin Atlantik sahilindəki vilayətin mərkəzinə köçməsinə səbəb oldu. 1894-cü ildə bacısı Concepcion difteriyadan öldü və bu hadisə Picassoda silinməyən izlər buraxdı.

Picasso gənc yaşlarında atası tərəfindən  rəsm çəkmək üçün istiqamətləndirilmişdir. Rəssamlıq qabiliyyəti qısa müddətdə aşkar edilmişdir. 1895-ci ildə konservatoriyaya daxil oldu.  Yalnız atasına görə deyil, anasının yaxın qohumları arasında da rəssam olan Picasso, qələm, kağız və boyalarla çox gənc yaşlarında tanış oldu. 13 yaşında Picasso istedadı ilə hər kəsi təəccübləndirməyə bacarmışdır. Əslində, ona rəsm çəkməyi öyrədən atası, oğlunun yetkin bir sənətkar kimi qəbul etdi və Picassoya bütün alətlərini verdi. Ailə bir il sonra Barselonaya köçdü və Picasso oradakı Llotja İncəsənət İnstitutuna qəbul olaraq təhsil almağa başladı. Bu hadisə onun istedadının sübutu oldu. Çünki bu məktəbə sadəcə təhsilli və yaşca Picassodan böyük olanlar daxil olurdular. Ancaq imtahanda göstərdiyi fövqəladə qabiliyyəti ilə Picasso qəbul edilənlər arasında olmağı bacardı. Məktəbdə qoyulan qaydalara görə daxil olduğu məktəbləri sevmir və dərslərə getmək əvəzinə şəhərin küçələrini gəzməyə və mənzərə şəkilləri çəkməyə üstünlük verdi.

1900-cü illərdə Parisə köçən Pablo Picasso üçün yeni bir həyat başladı. Picasso Qalereya Vollandda ilk sərgisini açdı. Bu dövrdə ən yaxın dostu Carlos Casagemasın intihar etməsi xəbərini eşitdi. Bu hadisə onu dərindən sarsıtdı. 1901-1904-cü illər arasında adi insanları, sirk həyatını, klounları və akrobatları rəsm etməyə başladı. Mavi Dövr adlanan bu dövrdə Picassonun ən çox istifadə etdiyi rəng mavi idi. Mavi Dövrdə, Picasso, Carlosun ölümünün təsiri ilə kədərli rəsmlər çəkməyə fokuslanmışdır.

Picasso 1904-cü ildə Bateau-Lavoi-də tanış olduğu gənc qadın Fernande Olivier ilə arasında ehtiraslı bir sevgi başladı. Bir il sonra birlikdə yaşamağa başlayan cütlük münasibətlərini 7 il davam etdirdilər. Picassonun bir çox əsəri üçün modellik edən Fernande həm də rəssam idi. 1904-cü il Picasso üçün yeni bir dövrün başlanğıcı demək idi. Çünki bu dövrdə  rəssam rəng çəkməyə deyil, xətlərlə işləməyə çox əhəmiyyət verməyə başlamışdır. Bu dövrdə istifadə etdiyi rənglər çəhrayı, boz və qəhvəyi rənglər idi.  Akrobat və təlxək fiqurlardan daha az istifadə etməyə başlayan Picasso, Mavi Dövrdə olduğu qədər bu dövrdəki əsərlərinə melankoliya yer verməmişdir.

1907-ci ildə Georgism Braque ilə Kubizm hərəkatının təməlini atmışdır. Sənət tarixindəki yeni yol açan bu dövrdə ilk əsərləri Bir Boru İçən Adam (1911), Bambuk Kürsü ilə Natürmort (1912) və Şüşə, Kubok və Skripka (1911) rəsmləri ən məşhur əsərlərindən idi. Picasso Braque ilə 1910-cu ildə Analitik Kübizm adlı hərəkatın təməlini qoydu. İki dost 2 il sonra Sintetik Kübizm adlı yeni bir axıma keçdilər.

Birinci Dünya Müharibəsi başlayanda Braque ilə ortaqlığı sona çatan Picasso, yenidən klassik üslubuna  geri dönmüşdür. Romada olduğu müddətdə səhnə dekoratoru olan məşhur şəxsiyyət burada rəqqasə Olga Koxlova ilə tanış olmuş və 1918-ci ildə onunla evlənmişdir.

1930-cu illərdə sürrealizmin təsiri altına düşən sənətçi, 1937-ci ildə, daha sonra ən məşhur əsərləri arasında göstəriləcək olan Guernica rəsmini çəkdi. Almanların hücum etdiyi Guernica qəsəbəsini təsvir edən Picasso, bu əsərin öz ölkəsində sərgilənməsini istəmədi. Bu rəsm, Pikassonun müharibəyə və Guernikanın bombalanmasına olan güclü nifrətini əks etdirir. Rəsmdəki insan və heyvan fiqurları müharibəyə acı, kədər və nifrəti əks etdirir.

pablo picasso
Guernica

Ömrünü sənət əsərləri yaratmağa sərf edən Picasso keramika və dulusçuluq sahəsində də işlər görmüşdür.

Son günlərinə qədər həyat enerjisini saxlayan məhsuldar sənətçi 8 aprel 1973-cü ildə 91 yaşında Fransanın Mougins şəhərində vəfat etdi.

Pablo Picasso əsərləri

Picassonun ən dəyərli əsərləri, “möcüzələr ili” olaraq təyin olunan 1932-ci ildə istehsal etdiyi əsərlərdir. Bu əsərlər satışlarda qiymət rekordlarını qırmaqla xatırlanır. Bu tarixdə başlayan “yetkinlik dövrü” əsərindəki dəyişikliklərdə əks olundu.

Avinqnonlu Qızlar – 1907

Ağlayan Qadın -1937

Otoportiret – 1901

Qoca Gitaraçı – 1904

Yuxu- 1932

Chicago Picasso -1967

Don Kişot –  1955

Buğa Başı – 1942

Qırmızı Divan – 1931

Elm və mərhəmət – 1897

Göyərçinli uşaq – 1901

Üç musiqiçi – 1921

Kitablı qız – 1932

Tragediya – 1903

Dora Maarın portreti – 1937

Ölü evi – 1945

Mandolinli qız – 1910

Mavi Otaq – 1901

Oturan Qadın – 1927

Soler ailəsi – 1903

Dişi keçi – 1950

Pikador – 1889

Pepa xalanın portreti – 1896

Rəssamın bütün əsələrini yaxından incləmək üçün pablopicasso.org saytını ziyarət edə bilərsiniz.

Bir cavab yazın

Back to top button
Close