Sahil Babayevin istefası ilə bağlı xəbərlər həqiqət deyil

Son günlər mətbuatda və sosial mediada Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev istefa etdiyinə dair xəbərlər yayılıb. Bu məsələ ilə əlaqədar olaraq redaksiyamızın əldə etdiyi məlumata görə, bu xəbərlər dezinformasiya xarakteri daşıyır.

Sahil Babayev 21 aprel 2018-ci ildən Əmək və Əhalinin Sosial müdafiəsi naziri vəzifəsini icra edir. Daha əvvəl isə o, Azərbaycan Respublikasının İqtisadiyyan nazirinin müavini kimi fəaliyyət göstərib.

Yeniləndi:

Nazir Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçilib. Bildirək ki, bu vəzifəni 2009-cu ildən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov icra edib. Nazir boksdakı hakim haqsızlığı ilə bağlı öz fikilərini də bölüşüb. O, idmançılarımıza qarşı hakim haqsızlığı olduqda bununla mübarizə aparıb haqqımızı qorumağa çalışacağını dilə gətirib: “Beynəlxalq Boks Federasiyası da hakim haqsızlığına qarşı mübarizəyə başlayıb. Dediyim kimi, mən bu işdə həvəskaram. Buna daha dəqiq peşəkarlar qiymət verə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close