Sahil Babayevin həmkarı istefa verdi

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin erməni həmkarı istefa verdi.

Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan 23 aprel tarixində tutduğu vəzifədən istefa verib.

Bu barədə eks nazir Mesrop Arakeylan Feysbuk səhifəsində məlumat verib.
O, bildirib ki, müharibədən sonra yaranan vəziyyətin çətinliklərini dəf etmək üçün məsuliyyəti üzərinə götürüb.

Eks nazir onu da söyləyib ki, hazırda bu istiqamətdə sosial problemlər öz həllini tapıb.

Məlumata əsasən, Arakelyan hökumətin bir sıra qərarlarına etiraz edib. O, eyni zamanda yeni il tətillərinin 2 yanvar tarixinədək azaldılmasına qarşı çıxmış, bunun iqtisadi baxımdan birmənalı qarşılanmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close