Sahil Babayevin başqa müavini işdən azad edildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başqa bir müavini işdən azad edildi.

Dövlətimizin başçısı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev tutduğu vəzifəsindən azad olundu.

Bildirək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov da vəzifəsindən azad edildi.

Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixində imzaladığı sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin olundu.

Sahil Babayev kimdir? Sahil Babayev əslən haralıdır?

Nazir Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr mərhələsini 2000-ci ildə fərqlənməylə başa vurub. İki il sonra isə 2002-ci ildə maqistr pilləsini fərqlənmə ilə yekunlaşdıraraq magistr dərəcəsi əldə edib. Hüquq üzrə fəlsəfə doktoru dərəcəsini də 2010-cu ildə qazanıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close