Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət edib

Şəhid ailəsi üzvləri və Qarabağ müharibəsində yaralanmış qazilərin məşğullğunun təmini məqsədilə start götürən Mesgulluq marafonuna qoşulanların sayı artmaqda davam edir.

Nazir Sahil Babayev Məşğulluq marafonu üçün 100-dən çox işəgötürənin vakansiyalarını elektron sistemə əlavə etdiklərini qeyd edib. Eyni zamanda Sahil Babayev şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərin məşğulluğunu artırmaq üçün işəgötürənləri Məşğulluq Marafonuna qoşulmağa dəvət edib.

Sahil Babayev Məşğulluq Marafonu ilə bağlı müraciət etdi: https://www.youtube.com/watch?v=76oU-obUNZI

İşəgötürənlər bu aksiyaya qoşularaq şəhidlərimizin yaxınlarına və Vətən uğrunda sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təmin olunmasına dəstəklərini göstərmiş olacaqlar.

Sosial müdafiə nazirliyi tərəfindən başladılan bu marafona qoşulmaq üçün işəgötürənlər  dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə keçid edərək vakansiyalarını göndərə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close