Sahil Babayev qazilərdən danışdı
Nazir Sahil Babayev qazilər haqqında çıxış edib.
“Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin on bir min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir onu da əlavə edib ki, əzalarını itirmiş qəhrəmanların 200-nə ən müasir dördüncü nəsil elektron tam funksional protezlər qoyulub: “Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub”.