Sahil Babayev Monteneqro nümayəndəsi ilə görüşüb
Nazir Sahil Babayev M.Burici Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə yeni rəhbər təyin olunması münasibətilə təbrik edib.
Dostluq münasibətləri əsaslanan Azərbaycanvə Monteneqro nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə Sahil Babayev və Milika Buric iki ölkə arasında inkişaf yönümlü əməkdaşlığın mövcudluğundan danışıb.Qeyd olunub ki, iki ölkə arasında olan əlaqələr bütün sahələr üzrə davamlı inkişaf yolundadır. Xüsusilə ticarət sahəsində olan artım bunun bariz nümünəsidir.
Gələcəkdə də ölkələrarası əlaqənin genişlənməsində mühüm addımlar atılacağı barəsində fikir mübadiləsi aparılıb.