Sahil Babayev işləyən pensiyaçılar haqqında suallara cavab verib

Emek ve ehalinin sosial mudafiesi naziri Sahil Babayev işləyən pensiyaçılar haqqında açıqlama verib. O, ölkəmizdə 60 mindən çox işləyən pensiyaçı olduğunu söyləyib.

Bu barədə nazir DOST telekanalının tamaşaçılarının suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, pensiyaya çıxdıqdan sonra fəaliyyətini davam etdirən şəxslərin topladığı kapital hər ilin əvvəlində indeksləşdirilir. Hər 6 ildən bir bu kapital 72-yə bölünür və onun pensiyasına əlavə olunur.

Hazırda bu münasibətlə elektron proqram hazırlanır və bu il istifadəyə veriləcək.

Yəni yaşa görə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyaları bu 6 il keçən kimi hər 6 ildən bir elektron sistem vasitəsilə avtomatik və proaktiv şəkildə yenidən hesablanaraq artırılacaq.

Bunun üçün vətəndaşların artıq ərizə təqdim etməsinə ehtiyac qalmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close