Sahil Babayev erməni təcavüzkar siyasətini Dünya Bankının missiyasının diqqətinə çatdırıb

Sosial müdafiə naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlyan görüş keçirib.

Onlayn görüş zamanı Sahil Babayev erməni təcavüzkar siyasəti və mülki əhaliyə qarşı edilən terror barədə Dünya Bankının missiyasına məlumat verib.

Görüşdə Sahil Babayev erməni tərəfi otuz ilə yaxındır ki, BMT qətnamələrinə əhəmiyyət vermədən torpaqlarımızı işğalda saxlayır və ölkəmizə qarşı hərbi təxribatlarını və əhalimizə qarşı terror siyasətini davam etdirir. Humanitar məqsədlərlə 10 Oktyabr tarixində atəşkəs elan olunsa da, Ermənistan ordusu bu atəşkəsi və hüquq norma və prinsiplərini kobud formada pozub və cəbhədən kənarda olan ikinci böyük şəhərimiz Gəncəyə “Skad” tipli ballistik raketlə hücum ediblər.

Sosial müdafie naziri Sahil Babayev erməni zorakılığı nəticəsində uşaq, qadın, yaşlılar da daxil olmaqla 10 nəfərin həlak olduğunu, 34 nəfərin isə yaralandığını deyib. Sahil Babayev erməni silahlı qüvvələrinin 27 sentyabr tarixindən dinc sakinlərə edilən hücumlar nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər xəsarət alıb, 66 çoxmənzilli yaşayış binası, 277 mülki obyekt, 1505 yaşayış evi yararsız vəziyyətdə oldu.

Nazir Prezident İlham Əliyevin təşəbbüs və tapşırıqları əsasında icra olunan özünəməşğulluq proqramlarından da bəhs edib. O, bildirib ki, proqramın ölkəmizdə aztəminatlı ailələrin kiçik biznesə çıxışına imkan yaradıb və 12 min ailə bu proqram sayəsində öz kiçik müəssisələrini yarada biliblər.

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin də ölkəmizdə özünəməşğulluq proqramının inkişaf etməsində önəmli olduğunu bildirən nazir layihə çərçivəsində 2020-2025-ci illəri əhatə edən müddətdə əlavə olaraq 22 min işsiz fərd bu proqramlara cəlb olunub. İki min nəfərin bu il ərzində layihədən faydalanacağını da söyləyən nazir bu proqramlara qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma hazırlandığını da söyləyib.

Onlayn formada keçirilən görüşdə Dünya Bankının missiyasının üzvləri Maddalena Honarti, Sara Maykl, Mirey Ovadiya, Sırma Demir Şeker, Bağırlı Səidə ilə birdə layihənin icrası ilə bağlı görülən işlər və planlanan vəzifələr barədə müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close