Sahil Babayev Dubayda keçirilmiş forumda çıxış edib

Dubayda keçirilmiş Azərbaycan – BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda Sahil Babayev 2 ölkənin işgüzar əlaqələrinin inkişafının əməkdaşlığın daha da möhkəmlənməsinə və insan kapitalının inkişafına da mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sahil Babayevlə yanaşı konfransda Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ö.Xan, Azərbaycan Qadın Sahibkarlar Təşkilatının təsisçisi T.Mikayılova, AZPROMO​ rəhbəri vəzifəsini icra edən Y.Abdullayev də iştirak ediblər.

Konfrans zamanı Azərbaycan Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılmış islahatlardan geniş bəhs olunub. Sahil Babayev xüsusilə 3,8 milyard ABŞ dolları büdcəni əhatə edən 3 böyük islahatdan söz açmışdır. Aparılan sosial islahatlar nəticəsində sosial ödənişlərdə 65 faiz, minimum pensiyada 2,2 dəfə, orta pensiyada 60 faiz, minimum əmək haqqında 2,3 dəfə, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verdiyini vurğulayıb.

Nazir eyni zamanda əhaliyə xidmət göstərən DOST Agentliyi mərkəzlərindən, özünüməşğulluq xidmətinin elektron sistemə keçidindən və bu iki nüansın nazirliyin öhtəliyində olan xidmətlərə müsbət təsirindən, şəffaflığından və sürətli həyata keçirilməsindən bəhs edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi–ticarət əlaqələrindən, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıqdan, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstəkdən bəhs edib.

Tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda da olublar.  KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar da keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close