Sahil Babayev birdəfəlik ödənişlərlə bağlı açıqlama verib

Nazir Sahil Babayev birdəfəlik müavinətlərin verilməsi ilə bağlı media nümayəndələrinə müsahibə verib. O, deyib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik müavinətin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.

Nazir həmçinin birdəfəlik ödəmənin təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verildiyini açıqlamasında dilə gətirib.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.

Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün keçən dövrdə elektron sistem tərtib edildiyini, müvafiq e-məlumat bazası formalaşdırıldığını da sözlərinə əlavə edib. Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada icra edildiyini və artıq on bir min şəxsin bu ödənişlə əhatə olunduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close