Sahil Babayev açıqladı: Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğ geri qaytarılacaq?

Sosial müdafiə naziri Sahil Babayev: Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir.

Bu barədə nazir Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər ərzində hər il 250-270 vəzifəli şəxsə cinayət işi açılıb, o vəzifəli şəxslər işdən də qovulub, cinayət tədbirləri görülüb.

“Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakirələr aparırıq” – deyə, nazir bildirib.

S.Babayev əlavə edib ki, əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25.6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246.5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496.3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə, 606 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close