Sahil Babayev açıqladı – Bu şəxslərə verilən 80 manat artırılacaq
Nazir Sahil Babayev: Məşğulluq proqramı çərçivəsində indiyədək on beş min müharibə iştirakçısı işlə təmin olunub.
Bu barədə əmək və sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, gələcəkdə məşğulluq proqramı çərçivəsində daha çox müharibə iştirakçısı işlə təmin olunacaq.
“Onlar sağlamdır və əmək qabiliyyətlidir. Çalışacağıq ki, onları işlə təmin edək”.
O, müharibə veteranlarına 80 manat müavinət verilməsi məsələsinə də aydınlıq gətirərək bildirib ki, hazırda bu məbləğin artırılması üzrə iş gedir və sosial islahatlar çərçivəsində bu məsələyə də nəzər yetiriləcək