Pensiyaçılar üçün şad xəbər – Sahil Babayev açıqladı
Əmək və Əhalinin sosial müdafiə naziri Sahil Babayev pensiyaçıları sevindirəcək açıqlama verib. O, gələn ildən ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulduğunu söyləyib: “Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir”
Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı gələn il yaşa görə təyin edilən pensiyanın 375 manata çatdırılacağını bildirib. O, həmçinin əsassız və saxta pensiya işlərinin ləğvindən də söhbət açıb.
Eyni zamanda məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözlənilir. O, deyib ki, bununla bağlı müəyyən vəsait də ayrılacaq.
Nazir Əlavə edib ki “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.