Nazir Sahil Babayev xanım Dariya Kisiçinlə görüş keçirib

Nazir Sahil Babayev nazirlikdə Azərbaycanda səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Darya Kisiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri, nazir  Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında münasibətlər daha da möhkəmləndiyini söyləyib.

Ötən il Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsi 17,9 faiz artıb, ötən dövrdə əməkdaşlıq haqqında imzalanmış sənədlərin əlaqələrin mütərəqqi inkişafında əhəmiyyəti qeyd olunub. Son illər ölkəmizdə aparılan sosial islahatlar, beynəlxalq səviyyədə yüksək qiymətləndirilən DOST-un təcrübəsi, sosial xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Azərbaycanda demoqrafiya və əhalinin köçürülməsinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti, əsas demoqrafik meyillər müzakirə edilib. Əhalinin sabit artım templərinin müşahidə olunduğu ölkəmizdə müsbət demoqrafik vəziyyət, demoqrafik proqnozlar sahəsində aparılan işlər diqqətə çatdırılıb.

Xanım D.Kişiç Azərbaycana səfərindən xoş təəssüratlarını dilə gətirib. O, Serbiyanın Azərbaycanla dostluq və əlaqələri daim genişləndirmək əzmində olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlıq üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib.

Demoqrafiya sahəsində əlaqələrin dərinləşdirilməsi, bu sahədə qabaqcıl təcrübənin mübadiləsi, nazirliklər arasında əməkdaşlığa dair sənədin imzalanması məsələləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close