Eldar Əzizovun qardaşı Sahil Babayev tərəfindən işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən kənarlaşdırıb.
Sahil Babayevin əmri ilə Eldar Əzizovun qardaşı işdən çıxarıldı
Nazir Sahil Babayevin verdiyi müvafiq əmrlə Eldar Əzizovun qardaşı Aydın Əzizov yeni yaradılmış 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri postundan uzaqlaşdırılıb.
Onun yerinə Səadət Əsgərova gətirilib.
Xatırladaq ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə bağlı çıxan xəbərlərlə media gündəminə gəlmişdi. Məlumata görə, onun sürücüsü Əzizov soyadından istifadə edərək vətəndaşları aldatmış və onların maddi vəsaitlərini ələ keçirmişdi.
Aydın Əzizov qulaq, burun və boğaz üzrə həkimdir.