MusiqiçiAna Səhifə

Yaqub Zurufçu kimdir?

Yaqub Zurufçu kimdir?

Əslən Güney Azərbaycanlı tanınmış vokalist və müğənnidir.

Yaqub Zurufçunun həyatı

Yaqub Zurufçu Təbrizinin Çərandab məhəlləsində 1956-cı ildə aprelin 8-də anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə həmin illərdə Təbrizin uşaqlar proqramında iştirak edib. Həmin dövrdə də “Cücələrim” mahnısı ilə həm Azərbaycan, həm İranda dillər əzbəri olmuşdu. 15 yaşı olarkən Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa edib.

Yaqub Zurufçunun təhsili

O, 19 yaşında olarkən Tehran Universitetinin İqtisad fakultəsində təhsil almağa başladı. Eyni zamanda Tehranın operasının xorunda öz musiqi fəaliyyətini də davam etdirdi. 1979-cu ildə isə İranda xalq inqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edərək Almaniyaya köçüb. Müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başladı və vokal sənəti üzrə diplom aldı. Daha sonra isə müğənni  Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır.

Bu illərdə o, hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gedir və Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəldi. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr olunan klipi Azərbaycana gətirdi və televiziyada yayınlandı. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəldi.

O, ABŞ vətəndaşı olmaqla yanaşı 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə isə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Yaqub Zurufçu 2021- ci ildə koronavirusa yoluxub. Vəziyyəti ağırlaşaraq süni nəfəs aparatına qoşulub.

Yaqub Zurufçu vəfat etdi

Sənətçi 14 sentyabr tarixində müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button