Musiqiçi

Akif İslamzadə kimdir?

Azərbaycanın musiqi tarixində qızıl hərflərlə adını yazdıran Akif İslanzadə haqqında məlumatları sizə təqdim edirik.  Akif İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitunu 1979-cu ildə bitirib. İstehlakçı mühasibi ixtisasına malikdir.

Akif İslamzadə Gəncliyi

Böyük sənətkar, xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə Azərbaycan Televiziya və Radiosunda solist kimi 12 yaşında çıxış etmişdir. O, Ağabacı Rzayevanın “Çoban qara” mahnısını ifa etmişdir. Bu səsləndirdiyi mahnı Azərbaycanın “Qızıl Fondu”nda indiyə qədər saxlanılır.

Mahnı oxumağa peşəkar tərzdə 1972-ci ildə başlayan Akif İslamzadə Rəşid Behbudov adına Mahnı Teatrının solisti kimi başlamışdır. Azərbaycan Dövlət Teleradio şirkətində 1976-cı ildə Tofiq Əhmədovun orkestrində işə başlayıb. Bir müddət hərbi xidmətdə olduqdan sonda Azərbaycan Dövlət Konsertinin vokalisti olub. Bakı şəhəri baş Mədəniyət İdarəsində 1992-1993-cü illər ərzində oranın rəisi vəzifəsində çalışıb. “Sarı gəlin” və “Bu gecə” mahnıları ilə xalqın diqqətini çəkmişdir.

Akif İslamzadə

Akif İslamzadə Sesi

Azərbaycanın görkəmli sənətkarı olan Akif İslamzadənin səsinin tutulması Azərbaycan xalqı və eləcə də Azərbaycan Mədəniyyəti üçün böyük faciə sayıla bilər. Buna baxmayaraq sənətkarın səsi Azərbaycan tarixində unudulmaz olaraq qalır. Oxuduğu mahnılar, ifalar Azərbaycan xalqı tərəfindən hər zaman yaşadılacaqdır. Yaşadığı illərdə bütün fəaliyyəti Azərbaycan tarixinə həkk olunub.

Akif İslamzadə 2016-cı ilin may ayını 6-sında Prezident mükafatına layiq görülmüşdür. Bundan sonda 2019-cu ildə isə Prezident təqaüdü ona təqdim edilmişdir. Özü oxuduğu illər ərzində 120-dən çox mahnı ifa etmişdir.

Tags

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button
Close