Alim

Philip Kotler kimdir?

Philip Kotler məşhur marketinq alimi və müəllifidir. Tez-tez “müasir marketinqin atası” adlandırılır. 27 may 1931-ci ildə ABŞ- nin İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Valideynləri Betti və Mauris indiki Ukrayna ərazisində Rusiya İmperiyasında yaşayıblar və 1917-ci il inqilabından sonra Çikaqoya mühacirət ediblər.

Philip Kotler DePaul Universitetində İqtisadiyyat üzrə bakalavr dərəcəsini, Çikaqo Universitetində magistr dərəcəsini qazanmışdır. Daha sonra Massachusetts Texnologiya İnstitutunda (MIT) iqtisadiyyat sahəsində doktorluq təhsili almışdır və 1956-cı ildə doktorluq qiyməti almışdır.

Philip Kotler və Marketinq

Philip Kotler olmasaydı, marketinq olmazdı desək, mübaliğə olmaz. İlk dəfə marketinqdən ayrıca bir elm kimi danışan da məhz o idi. Philip Kotler, digər elmlər çərçivəsində işlənmiş bir-birindən fərqli marketinq biliklərini, texnika və prinsiplərini sistemləşdirib.

O, marketinqi müştəri yönümlü bir yanaşma olaraq təyin edib. Müvafiq olaraq, müştəri məmnuniyyəti və müştəri əlaqələri biznesin uğuru üçün kritik əhəmiyyət kəsb edir. Bu, müasir dünyada hələ də qüvvədə olan bir prinsipdir.

Marketinqdə “4P ” (Product, Price, Promotion, Place) konsepsiyasını təqdim etdi və bu, marketoloqlar üçün strategiyalar hazırlamaq üçün standart çərçivəyə çevrildi.

Philip Kotlerin kitabları

Hər hansı bir marketinq mütəxəssisindən ,yeni başlayanın nə oxumalı olduğunu soruşun və o, Philip Kotler ilə başlamağa məsləhət biləcək.

Onun ən məşhur əsəri, ilk dəfə 1967-ci ildə nəşr olunan “Marketinqin İdarə Edilməsi” marketinq təhsilində əsas mətn hesab olunur və bir çox dillərə tərcümə olunub. O, marketinq, biznes və iqtisadiyyat üzrə 80-dən çox kitabın müəllifi və ya həmmüəllifidir.

Şəxsi həyatı

Kotler hazırda Radcliffe Advanced Study İnstitutunda (Harvard Universiteti) tanış olduğu və 1955-ci ildən evli olduğu həyat yoldaşı Nensi Kellumla yaşayır. Onların üç qızı var: Cessika, Melissa və Emi, həmçinin 9 nəvə və nəticəsi. Professor tədris və yazı fəaliyyəti ilə yanaşı, beynəlxalq marketinq konsaltinq şirkəti olan Kotler Marketing Group (KMG) üçün çalışır.

Əlavə olaraq böyük ixtiraçı Nikola Tesla haqqında buradan oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close