Alim

Nikola Tesla kimdir?

Nikola Tesla kimdir? Nikola Tesla həyatı, təhsili, patentləri ilə bağlı ətraflı məlumat üçün məqaləmizlə tanış ola bilərsiniz.

Nikola Tesla, 10 İyul 1856-cı ildə Xorvatiyanın kəndində yaşayan bir Serb-Pravoslav ailənin dördüncü övladı olaraq dünyaya gəlib. Nikolanın anası ev işlərini asanlaşdırmaq üçün kiçik ixtiralar edən bir qadın idi, bir dəfə mexaniki yumurta çırpan düzəltmişdi. Eyni zamanda oxumağı çox sevirdi və yaddaşından heç nə çıxmazdı; Nikolanın dahiliyinin anasından miras qaldığı deyilir.

Uşaq vaxtı  Nikola Tesla şeir yazmağı və oxumağı çox sevirdi. Böyük bir xatırlama qabiliyyətinə sahib idi; Gördüyü, eşitdiyi və oxuduğu heç bir şeyi unutmurdu, xüsusilə göz yaddaşı heyrətamiz idi. İxtiralarına çox erkən başlayıb, cəmi 6 yaşında olarkən öz su çarxını düzəldib. Ancaq qəribəlikləri olan bir uşaq idi. Məsələn, kiminsə saçının toxuna bilmirdi və gəzərkən  addımlarını sayırdı. Parlaq əşyalar onun çox diqqətini çəkirdi. Bundan əlavə, hər zaman yeməyindəki kuba bənzər ərzaqları sayır, etmədiyi təqdirdə yeməkdən imtina edirdi.

Nikola Tesla təhsili

Nikola Tesla əvvəlcə 1873-cü ildə Grazdakı Politexnik İnstitutunda, daha sonra 1880-ci ildə Praqa Universitetində oxuyub. Əvvəlcə məqsədi fizika və riyaziyyat üzrə ixtisaslaşmaq idi, ancaq elektrik sahəsilə tanış olduqda heyran qaldı. Karyerasına 1881-ci ildə Budapeştdə bir telefon şirkətində elektrik mühəndisi olaraq başlayıb. Amerikaya getməzdən əvvəl Parisdəki Continental Edison şirkətində çalışdı və burada dinamolar hazırladı. 1883-cü ildə Strasburqda induksiya motorunun bir prototipini düzəltdi, lakin bu cihazı dəstəkləyən birini tapa bilmədiyi üçün New Yorkdan gələn iş təklifini qəbul etdi. Thomas Edison tərəfindən qurulan Edison Machine Works şirkətində işləyəcəkdi.

Nikola Tesla patentləri

Tesla Edisonun şirkətini tərk etdikdən sonra, Robert Leyn və Benjamin Vale adlı iki biznesmenlə 1886-cı ildə tərəfdaş oldu. Onlar Teslanın adını daşıyan Tesla Elektrik İşığı və İstehsalat şirkətini maliyyələşdirmək üçün razılığa gəldilər. Beləliklə, şirkət Nikola Tesla tərəfindən hazırlanmış işıqlandırma sistemləri əsasında elektrik qövs lampasını yaratdı. Bu, həm də ABŞ-da Teslanın tamamladığı dinamo elektrik maşınqayırma kollektorları üçün ilk patent layihəsi idi.

1886-ci ilin sonunda Nikola Tesla Nyu York müvəkkili Çarlz Pek və Western Union şirkətinin idarə başçısı Alfred Braunla tanış oldu. Bu iki şəxs maliyyə yardımı üçün patentlər və ixtiralara dəstək olmaq və şirkətlərin təsis edilməsində təcrübəyə malik idilər. Onlar Teslanın patentlərinə dəstək olmaq üçün razılığa gəlmişdilər. 1887-ci ilin aprelində onlar patentlərdən əldə olunan gəlirin 1/3-nin Teslaya, 1/3-nin Pek və Brauna, 1/3-nin isə inkişaf fonduna getməsini razılaşdırdılar və  Tesla Elektrik Şirkətinin əsasını qoydular.

1888-ci ilin iyulunda Braun və Pek 60000$ məbləğində Teslanın üçfazlı sinxron maşını və transformatorun layihələri üçün Corc Vestinqauz ilə lisenziyalı saziş bağladılar. Vestinqhauz həmçinin Westinghouse Electric & Manufacturing Company şirkətinin Pitsburq laboratoriyasında müşavir kimi 2000$-dan çox qonararla Nikola Teslanı bir il müddətində işə götürdü.

Cərəyanlar müharibəsi

Nikola Teslanın dəyişən cərəyan üzərində işləri Cərəyanlar müharibəsi adlanan müharibənin əsasını qoydu. Buna kimi elektrik standartları üzərində mübarizə Tomas Edison və Corc Vestinqauz arasında gedirdi. Vestinqauz şirkəti digərləri ilə birlikdə Nikola Teslanın patentlərini əldə etdi və işləyib hazırladı. Bu Vestinqauza Tomas Edisonun sabit cərəyan sistemi ilə rəqabət apara biləcək dəyişən cərəyan sistemini hazırlamağa imkan yaratdı.

1893-cü ildə Çikakoda təşkil olunmuş Ümumdünya sərgisində Teslanın üçfazlı sisteminin nümayişi
1893-cü ildə Corc Vestinqauz Çikaqoda Ümumdünya sərgisində Edisonun sərgidə sabit cərəyanla elektrikləşdirmə təklifini qabaqladı və  dəyişən cərəyanla elektrikləşdirmə təklifi ilə qalib gəldi. Bu, Dünya Sərgisi elektrik eksponantlarının nümayişinə həsr olunmuşdu. Bu, dəyişən cərəyan enerjisinin tarixində mühüm bir hadisə idi, çünki Vestinqauz Amerika ictimaiyyəti üçün dəyişən cərəyanın təhlükəsiz, etibarlı, eyni zamanda səmərəli nümayişini göstərmişdi.

Radio

Radio dalğalarla ötürmənin mümkünlüyü barədə Teslanın nəzəriyyələri Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Franklin İnstitutu, Missuri ştatının Sent-Lüis şəhəri (1893) və National Electric Light Associationdakı nümayişlər və mühazirələrə kimi gedib çıxır. 1898-ci ildə Tesla məsafədən idarəolunan qayığı nümayiş etdirdi.
1896-cı ildə isə radio dalğa təcrübələrini yaşadığı Gerlax aparıb.

1898-ci ildə Tesla Medison Meydanı Bağında elektrik sərgisi zamanı “teleautomaton” adlandırdığı radio idarə olunan qayığı nümayiş etdirdi. Bura toplaşan insanlar qayığın içərisində gizlədilmiş təlim keçmiş meymun tərəfindən idarə olunması və telepatiya, sehrbazlıq kimi dəhşətli iddialar ilə çıxış etdilər.Tesla məsafədən idarə olunan torpedo növü kimi ABŞ hərbçilərinə öz ideyasını satmağa çalışdı, ancaq onlar buna az maraq göstərdilər.

Ümumiyyətlə Nikola Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Nikola Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var. Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib və Nikola Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb.

Əlavə olaraq  Bill Gates haqqında buradan oxuya bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button
Close