Siyasətçi

Ən müasir protezlərlə hətta futbol oynaya bilirlər

Şanlı Qələbəmizin qəhrəmanları olan və müharibə zamanı əzalarını itirmiş qəhrəman əsgərlərimiz Prezident İlham Əliyevin tapşırığı əsasında qısa müddətdə ən son nəsil yüksək texnologiyalı protezlər əldə ediblər.

Bu protezlər öz aktivliyi və funksionallığı ilə onlara sərbəst və inamlı hərəkət etməyə, hətta istədikləri zaman futbol oynamağa imkan verir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı yaralanmış və əlil olmuş 379 hərbçinin ən müasir protezlərə sahib olduğunu bildirib və deyib: “Üstündən cəmi iki il keçməsinə baxmayaraq, müharibəyə aid olan bu proqram  tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb.Hər kəs görür ki, bizim veteranlar hətta futbol oynaya bilirlər”.

Müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlər alaraq yenidən aktiv həyata başlayan igid əsgərlərimizin iştirakı ilə bir müddət əvvəl təşkil olunmuş futbol oyunundan hazırlanmış videoçarxı sizə təqdim edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Həmçinin bax
Close
Back to top button
Close