İncəsənət xadimiAktyor

Yaşar Nuri kimdir?

Yaşar Nuri həyatı

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub.

Yaşar Nuri ilk dəfə səhnəyə 11 yaşında ADMKT-də “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında isə “Yelkən” verilişinin aparıcılarından olub. İnstitut dövründə isə Yaşar Nuri “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazları yaradıb.

Yaşar Nuri teatr fəaliyyəti

Səhnədə ilk rolu Aleksandr Vampilovun “Övlad” komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel , Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı “Sevil”də Əbdüləli bəy obrazlarını canlandırıb.

Yaşar Nuri kino fəaliyyəti

Yaşarın Nurinin kinoda ilk işi kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı oldu. Yaşarın maraqlı rollarından biri də “Əzablı Yollar” nağıl-filmindəki kiçik div obrazıdır.

“Yol Əhvalatı” filmindəki Makintoş rolu aktyor Yaşar Nurinin maraqlı və yaddaqalan obrazlarından biridir.

Mükafatlar və fəxri adlar

  • 1 dekabr 1982 — “Azərbaycan SSR əməkdar artisti” fəxri adı
  • 1984 — Azərbaycan SSR Lenin komsomolu mükafatı
  • 21 mart 1989 — “Azərbaycan SSR xalq artisti” fəxri adı
  • 1991 — “Yaramaz” filmindəki Maşallah roluna görə 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı
  • 1992 — “Qızıl dərviş” mükafatı
  • 1996 — “Qızıl dərviş” mükafatı
  • 2005 — Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı
  • 2005 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
  • 2010 — Cəfər Cabbarlı mükafatı.
  • 1 sentyabr 2011 — “Şöhrət” ordeni
  • 2012 — Milli Kino Mükafatı

Yaşar Nuri vəfatı

Sevilən aktyor Yaşar Nuri 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Leonardo DiKaprio haqqında buradan məlumat əldə edə bilərsiniz .

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close