Frida Kahlo kimdir?
Frida Kahlo kimdir?
Əsl adı Maqdalena Karmen Frida Kahlo Calderon olan meksikalı rəssam, 1907-ci il 6 iyul tarixində anadan olub.
Lakin sonrakı illərdə doğum gününü Meksikanın inqilabı olan 7 iyul 1910 tarixinə dəyişdi. Çünki Kahloya görə həyat müasir Meksikanın doğuşundan başlamalı idi. Rəssamın ailəsi ilə birlikdə Coyoacanda yaşadığı ev, rənginə görə Mavi Ev adlanırdı.Rəssam ömrünün çox hissəsini maviyə boyanan bu evdə keçirdi.
Frida Kahlo həyatı
Yerli Amerika əslli olan anası, rəssamın sözlərinə görə, mehriban, ağıllı, bəzən qəddar, planlı və qatı dindar idi. Bunun əksinə, atası mehriban və anlayışlı idi.
Həmişə yanında olan atası, xəstəliyi zamanı qızı üçün əlindən gələni edirdi.
Tanınmış rəssam bir çox insanın həyatını itirdiyi qəzada ağır yaralanıb. Həkimlər, qarnından keçən, onurğasını zədələyən və çoxsaylı sınıq-çıxıqları olan və bir dəmir çubuqla xəstəxanaya aparılarkən sağ qalma şansının az olduğunu söyləyiblər.
Ancaq bundan xilas olan Frida Kahlo ölümdən qayıtdı. Fəlakətli qəzadan düz bir ay sonra, yəni 17 oktyabr 1925-ci ildə xəstəxanadan çıxarıldı. Ağrıdan bükülməsinə baxmayaraq bunu əks etdirməyən gənc qadın, həkim, xəstəxana, dərman, yataq və korsetlərlə uzun müddət iç-içə oldu.
Təxminən 30 dəfə əməliyyat olunan rəssam bütün gününü yataqda keçirirdi və bu müddət ailəni yalnız mənəvi deyil, maddi cəhətdən də çətinləşdirirdi.
Qızının müalicə xərclərini ödəməyə çalışan ata qiymətli əşyalarını satışa çıxardı. Hər şeyə baxmayaraq qızı ilə birlikdə olan Wilhelm Kahlo, üzünü güldürmək üçün onun üçün bir yataq otağı düzəltmişdi.
Anası özünü görə bilməsi üçün tavana bir güzgü asmışdı və bu güzgü onun üçün bir başlanğıc idi. Çünki çarəni rəsm çəkməkdə tapmışdı. Dərdini rəsm çəkərək unutmağa çalışan rəssam ilk portretini ilk sevgisi Alejandro Gomez Ariasa hədiyyə edib.
Hər keçən gün daha da yaxşılaşdı və yataqda qaldığı qaldığı vaxt ərzində rəsm çəkməyə davam etdi. Tavandakı güzgü sayəsində bu dövrdə bir çox avtoportret çəkdi. Qəzadan təxminən 2 il sonra gəzməyə başlayan məşhur rəssam bu dövrdə sənət və siyasət dairələrində görünməyə başladı. Dəvətlərə qatıldı və siyasi müzakirələrdə iştirak etdi.
Qısa müddətdən sonra artıq Meksika Kommunist Partiyasına üzv oldu lakin, həmin il evləndiyi Riveranın partiyadan çıxarılmasına görə, o da üzvlükdən çıxdı.
Frida Kahlo Rivera haqqında həyatında iki böyük qəza yaşadığını, bunlardan birinin onu az qala öldürən qatarın, digəri isə Dieqonun olduğunu və Dieqonun qatar qəzasından daha ağır olduğunu söyləyib. 10 illik sarsıntılı evlilikdən sonra cütlük boşanmağa qərar verib.
Ancaq cütlük bir ildən sonra yenidən evləndi və rəssamın uşaqlıq evinə köçdülər. Təkcə əri yox, o da xəyanət edən tərəf oldu. Cütlük bir-birlərini çox sevsələr də, başqaları ilə münasibət yaşayırdılar.